Bakı. Trend:
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın rəhbərlik etdiyi Vaşinqton administrasiyasının iğtişaşları yatırmaq məqsədilə Çikaqoya Milli Qvardiya yerləşdirmək istəyinə qarşı çıxıb və buna icazə verməyib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin ən yüksək məhkəməsinin dərc olunmuş qərarında bildirilir.
Qərarda qeyd olunur ki, məhkəmə prosesinin ilkin mərhələsində federal hökumət İllinoys ştatında qanunların icrası üçün ordunun cəlb edilməsinə imkan verən hüquqi səlahiyyət mənbəyini əsaslandıra bilməyib.
Vurğulanır ki, Vaşinqton administrasiyasının bu cür addımları yalnız müstəsna hallarda mümkündür. Bununla belə, qərarın qəti olmadığı və Ali Məhkəmənin məsələni nəzərdən keçirməyə davam edəcəyi bildirilib.
