Bakı. Trend:
ABŞ-nin nüfuzlu “The Washington Post” qəzeti maliyyə çətinlikləri ilə əlaqədar olaraq işçilərinin kütləvi ixtisarına başladığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, nəşrin baş redaktoru Mett Mürrey bu qərarı kollektivlə keçirilən görüş zamanı elan edib. Onun sözlərinə görə, “İdman şöbəsi hazırkı formada fəaliyyətini dayandıracaq”.
Nəşrin verdiyi məlumata əsasən, həyata keçirilən dəyişikliklər bütün redaksiya şöbələrinə təsir göstərəcək. Bununla yanaşı, siyasət və dövlət idarəçiliyinin işıqlandırılması qəzetin əsas prioritet istiqamətləri olaraq qalacaq.
