Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
"Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "OD" və bir çox başqa populyar romanların müəllifi İskəndər Pala bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq.
Trend-in məlumatına görə, "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti və təşkilatçılığı ilə baş tutan səfər yazıçının respublikamıza ilk səfəridir.
Bugünlərdə İskəndər Palanın "OD" romanını Azərbaycan dilinə uyğunlaşdıraraq çap etdirmiş "Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi yazıçının səfəri ilə bağlı zəngin proqram tərtib edib.