...

Rumıniyada Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 İyun 2013 17:06
İyunun 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi ilə "Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım" İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimini keçirib.
Rumıniyada Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimi keçirilib  (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyun /Trend/

İyunun 5-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi ilə "Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım" İctimai Birliyi Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimini keçirib.

Fonddan Trend-ə daxil olan məlumata görə, Rumıniya Milli Kitabxanasında baş tutan sərgini giriş sözü ilə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev açıb və sərginin əhəmiyyətindən danışıb.

Açılış mərasimində iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirib. Bildirib ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi etimadın nəticəsidir. Azərbaycan Gənclər Fondunun da öz növbəsində belə layihələri dəstəkləməsi təqdirəlayiqdir.

Layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Rumıniyada yalnız ticarət layihələri deyil, müxtəlif sosial layihələrə də dəstək verəcəklərini qeyd edib.

Tədbirdə Rumıniya parlamentinin deputatları, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Rumıniyanın elm və ictimaiyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lər iştirak ediblər.

Qeyd edək ki, 3 gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Respublika İncəsənət Gimnaziyasının Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər gənc turistlər və diyarşünaslıq mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti