...

Azərbaycanda gələn il siyasi partiyalara ayrılacaq vəsaitin həcmi müəyyənləşib

Siyasət Materials 15 Oktyabr 2012 11:54 (UTC +04:00)
Azərbaycanda 2013-cü ildə siyasi partiyaların maliyyələşməsi üçün 2 milyon manat ayrılacaq.
Azərbaycanda gələn il siyasi partiyalara ayrılacaq vəsaitin həcmi müəyyənləşib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2013-cü ildə siyasi partiyaların maliyyələşməsi üçün 2 milyon manat ayrılacaq. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı Azərbaycanın 2013-cü il üzrə dövlət büdcəsinin layihəsində qeyd olunur.

İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində siyasi partiyaların fəaliyyəti ilə bağlı qüvvəyə minmiş "Siyasi partiyalar haqqında" qanunun icrası üçün 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu ilin may ayında Milli Məclis "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklikləri qəbul edib. Dəyişikliklər sırasında siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi də əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti