...

Cenevrədə "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilati məsələləri müzakirə ediləcək

Cəmiyyət Materials 3 Oktyabr 2011 18:03 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq işlərini müzakirə etmək məqsədilə Məşvərət Qrupunun növbəti görüşünün keçirilmə tarixi açıqlanıb.
Cenevrədə "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilati məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı hazırlıq işlərini müzakirə etmək məqsədilə Məşvərət Qrupunun növbəti görüşünün keçirilmə tarixi açıqlanıb.

"Eurovision" müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimov bazar ertəsi Trend-ə bildirib ki, Məşvərət Qrupunun iclası oktyabrın 7-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Bu, Məşvərət Qrupunun sayca II iclasıdır.

İclasda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə ediləcək.

"Eurovision" mahnı müsabiqəsinin Məşvərət Qrupu adlanan hakim orqanı ilk iclasını Bakıda keçirib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnı sı ilə "Eurovision 2011" müsabiqə sinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Xəbər lenti

Xəbər lenti