...

Gənclər Fondunun Müşahidə Şurası növbəti iclasını keçirib (FOTO)

Cəmiyyət Materials 27 İyun 2013 11:57 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən cümə axşamı daxil olan məlumatda deyilir.
Gənclər Fondunun Müşahidə Şurası növbəti iclasını keçirib (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən cümə axşamı daxil olan məlumatda deyilir.

İclasın gündəliyinə Fondun üçüncü qrant müsabiqəsinin elan olunması, "E" kateqoriyası üzrə (xarici ölkə gənclərinin və gənclər təşkilatlarının Azərbaycanın tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin dəstəklənməsi) təqdim edilmiş layihələrin müzakirəsi, Fond tərəfindən həyata keçirilən və planlaşdırılan təbdirlər, habelə qurumun maliyyə dəstəyi ilə hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti və sair məsələlər daxil edilib.

İclasa sədrlik edən Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qrant müsabiqəsinin əsas məqsədinin gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdən ibarət olduğunu qeyd etdi. O, fərdi gənclər və gənclər təşkilatları üçün ötən müsabiqələrlə müqayisədə daha çox - 5 kateqoriya üzrə 20-dən artıq mövzunun nəzərdə tutulduğunu bildirdi. Təklif edildi ki, müsabiqənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Fondun aparatı tərəfindən respublikanın bütün regionlarında təqdimat mərasimləri və məlumatlandırma sessiyaları keçirilsin. Şura üzvlərinin səsləndirdikləri təkliflər nəzərə alınmaqla, müsabiqənin istiqamətlərinin, müddətinin və şərtlərinin iyun ayının 27-də elan edilməsi qərara alınıb.

Xarici ölkələrin gənclər təşkilatları və gənc vətəndaşları tərəfindən "E" kateqoriyası üzrə təqdim edilmiş 5 layihə Fondun müvafiq təlimatına uyğun gəlmədiyinə görə yenidən işlənmək üçün geri qaytarıldı.

Fondun icraçı direktoru Fərhad Hacıyev Fondun həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, habelə qurumun maliyyə dəstəyi ilə gənclər təşkilatları və yaradıcı gənclər tərəfindən hazırda icra olunan layihələrin hesabatlılıq vəziyyəti haqqında məlumat verdi. İcraçı direktorun məlumatı nəzərə alınıb.

İclas cari məsələlərin müzakirəsi ilə işini davam etdirib.

Hörmətlə,
Azərbaycan Gənclər Fondunun mətbuat xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti