Azərbaycan, Bakı, 20 oktyabr /Trend Neüs, müxbir E.Tariverdiyeva/
Protokolların Türkiyə və Ermənistan parlamentinə təqdim olunması ərəfəsində Türkiyə tərəfinin mövqeyi Ermənistan siyasəti üçün həqiqi sınaq olacaq, Ermənistanın Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan belə hesab edir.
Başqa sözlə desək, protokolların Türkiyə Parlamentindən keçməsi Azərbaycanı dəstəkləyən türkiyəli məmurların qətiyyətli qərarları ilə birgə siyasi gərginliyi artıracaq", - Qiraqosyan Trend -a elektron poçt vasitəsilə deyib.
"Ankara-Yerevan protokollarının ratifikasiya məsələsini Türkiyə Parlamenti həll edəcək", - Türkiyənin XİN başçısı Əhməd Davudoğlu mətbuat konfransında deyib, CNN Türk telekanalı məlumat verib.
"Protokolların təsdiq edilib-edilməyəcəyinə parlament qərar verəcək", - türkiyəli nazir deyib.
İmzalanmış protokollar oktyabrın 21-də Türkiyə Parlamentinin müzakirəsinə veriləcək.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan Ankara və Yerevan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar imzalayıblar.
Qiraqosyanın sözlərinə görə, Ermənistan müxalifətinin Türkiyə ilə yaxınlaşmanın qarşısını almaq məqsədilə hökumətə siyasi təzyiq göstərmələrinə baxmayaraq, Türkiyənin protokolların şərtlərini qəbul etməməsi müxalif qüvvələr üçün yeganə effektiv vasitə olacaq.
"Bu halda, əgər Türkiyə ilə əlaqələrin normallaşması baş tutmasa, Ermənistan siyasi tənqidə məruz qalacaq və siyasi təzyiqlər üçün daha zəif olacaq", - ekspert deyib.
Qiroqosyanın fikrincə, əgər protokollar Türkiyə Parlamentindən keçməsə, Ermənistan hökuməti kəskin tənqidə məruz qalacaq və "məsuliyyətsiz siyasətə" görə mühakimə ediləcək.
"Bu təkcə tənqidlərin möhkəmlənməsinə imkan verməyəcək, həm də istənilən "ikinci" cəhdi daha da çətinləşdirəcək", - o hesab edir.
"Hazırda Türkiyə nizamlanma şansını ləvğ edə bilər, belə ki, hal-hazırda prosesin nəticəsinə görə yalnız Türkiyə məsuliyyət daşıyır", - Qiraqosyan deyib.