...

Dövlət Departamenti: ABŞ Suriya məsələsində mövqeyini dəyişəcəyi halda İranın rolunu alqışlayardı

Nəzər nöqtəsi Materials 17 İyul 2012 12:44 (UTC +04:00)
Hazırkı mövqeyini dəyişə və "konstruktiv" iştirakı qəbul etməyə hazır olardısa, Birləşmiş Ştatlar Suriya böhranının həllində İranın iştirakını alqışlayardı. Bu barədə bazar ertəsi Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.
Dövlət Departamenti: ABŞ Suriya məsələsində mövqeyini dəyişəcəyi halda İranın rolunu alqışlayardı

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

Hazırkı mövqeyini dəyişə və "konstruktiv" iştirakı qəbul etməyə hazır olardısa, Birləşmiş Ştatlar Suriya böhranının həllində İranın iştirakını alqışlayardı. Bu barədə bazar ertəsi Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.

Bir qədər əvvəl BMT-nin Suriya üzrə nümayəndəsi Kofi Annan deyib ki, İran Suriya danışıqlarında iştirak etməlidir.

"İran əsas oyunçudur, o regionda nüfuza malikdir və biz ona məhəl qoymaya bilmərik", - Eyr deyib.

Habelə Rusiya Qərb ölkələrini Suriya böhranının həllində İranın öz üzərinə rol götürməsinə çağırıb.

Lakin ABŞ Suriya böhranının nizamlanmasında İranın iştirakına yol vermir, Tehranı Suriya hökumətinə kömək etməkdə və müxalifət nümayəndələrinin öldürülməsində vasitəçilikdə günahlandırır.

Eyrin sözlərinə görə, İran Bəşər Əsəd rejiminə ölkədə müxalifətin etirazlarını boğmaqda kömək edir və Suriya məsələsində İranın hazırkı rolu qeyri-konstruktivdir.

"ABŞ öz vətəndaşlarını öldürən Suriya hökuməti də daxil olmaqla, region ölkələrinə münasibətdə Tehranın öz qərəzli mövqeyindən əl çəkəcəyi halda İranın bu məsələdə iştirakını alqışlaya bilər", - o deyib.

İTAR-TASS-ın məlumatına görə, Tehran Suriya hökuməti və müxalifətinin danışıqlar aparmasına şərait yaratmağa hazırdır. Bunu bazar ertəsi İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib.

İSNA onun sözlərindən sitat gətirərək bildirir ki, Tehran Suriyada "müxalifətlə hökumət arasında danışıqlar üçün yardım etməyə və lazımi şərait yaratmağa hazırdır".

Annan bildirib ki, Tehran həll axtarışında fəal iştirak etməlidir. Onun bu mövqeyini bir sıra Qərb ölkələri dəstəkləməyib və onlar İİR-in Suriya üzrə beynəlxalq konfransın işinə cəlb edilməsinə qarşı çıxıblar.

Xəbər lenti

Xəbər lenti