Tezliklə siqaretə “YOX” deyək!

Tezliklə siqaretə “YOX” deyək!

Azərbaycan, Bakı, 6 iyun /Trend/

XV əsrdə Xristofor Kolumbun Karib hövzəsində yerləşən Tobaqo adasına səfərindən sonra bütün dünyanı cənginə almış tütün kabusu Amerikadan digər qitələri yoluxdurmağa başlayır. Bir zamanlar onun insana xeyri haqqında mədhedici yazılar da yazılırdı. Hətta 1910-cu ildə Rusiyada buraxılan məşhur "Osman" markalı papiros qutularının üzərində "Osman: centlmenin idealı, sportsmenin dostu!" sloqanı bütün ölkəni qarış-qarış dolaşırdı.

Bu gün isə aparılan mübarizəyə baxmayaraq tütün infrastrukturu öz inkişafının apogeyindədir. Mübarizə dedikdə ən azından "ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi" nəzərdə tutulur. Lakin dövlətlər tərəfindən bu bəla ilə mübarizədə çoxsaylı həmlələrin edilməsinə rəğmən, necə deyərlər "çifayda".

Yazının məqsədi nə "qalma qonşudan geri" məsəlinin dediyi yol ilə getmək, nə də ki, siqaretin sağlamlığımıza vurduğu ziyan haqqında danışmaqdır. Onsuz da kiçik yaşlarımızdan məktəbdə və həyatımızın digər növbəti mərhələlərində onun zərəri haqqında cild-cild məlumatlarla yüklənmişik. Yəqin ki, bu gün hər birimizin həyatına təcavüz edən "siqaret terroru"na öz sözümüzü demək vaxtı gəlib çatmışdır. Təbii ki, bizi məsələnin hüquqi tərəfi daha çox maraqlandırır. Bu məsələnin hüquqi tənzimlənməsinin vaxtı nəinki çatmışdır, hətta biz bu məsələdə gec də qalmışıq.

Bir neçə ay bundan öncə Milli Məclisin yaz sessiyalarından birində bəzi deputatlar tərəfindən bu məsələnin parlamentin gündəliyinə salınması cəhdləri olmuşdur. Məsələ elə rezonans doğurmuşdu ki, onun haqqında KİV-də günlərlə davam edən silsilə yazılar çıxmağa başlamışdır. Lakin son nəticədə nə oldu?! Milli Məclisdən sitat: "Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq." Səbəb kimi isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmamas" göstərilmişdir. Tənzimlənməsi hüquqi və iqtisadi cəhətdən o qədər də mürəkkəb olmayan, hüquqi təkmilləşdirilməsi çox vaxt aparacağı gözlənilməyən bu sahədə permanent durğunluğun əsasında dövlətlərin siyasətinə təsir edə biləcək dünya çapında iri inhisarçı maraqların durduğu heç kimə sirr deyildir. Lakin reallıq ondan ibarətdir ki, bu gün tutün məmulatlarından kütləvi istifadə mövcuddur. Kütləvilik isə öz növbəsində maraqların ictimailəşməsi deməkdir. Maraqlar ictimailəşmə həddinə çatdıqda isə onların dövlət tərəfindən hüquqi tənzimlənməsi labüddür.

2001-ci ildən etibarən ölkəmizdə "Tütün və tütün məmulatları haqqında" Qanun qüvvədədir. İctimai yerlərdə siqaretdən istifadənin qadağan olunması barədə həmin Qanunun 21-ci maddəsində qeydlər öz əksini tapmışdır. Lakin həmin məkanların sayı məhduddur. Məkanların sayının məhdud olmasına baxmayaraq inzibati cərimələrin tətbiq olunduğu yerlərin sayı 21-ci maddədəki göstərilən yerlərin sayından daha da azdır. Belə ki, Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, iş yerlərində, mehmanxanalarda siqaretin çəkilməsi qadağandır, lakin İnzibati Xətalar Məcəlləsində sanskiya tətbiq olunan məkanlara yalnız ictimai nəqliyyat vasitələrinin daxili məkanları daxildir.

Bundan başqa, Azərbaycan 2005-ci ildə BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmuş "Tütünə qarşı mübarizə haqqında" 2003-cü il Çərçivə Konvensiyasına qoşulmuşdur. Konvensiya ona qoşulmuş dövlətlərdən milli qanunvericiliyə müvafiq olaraq binadaxili iş yerlərində, ictimai nəqliyyatda, qapalı ictimai yerlərdə və digər ictimai yerlərdə tütün tüstüsünün təsirindən qorunmanı təmin edən səmərəli qanunvericilik, icra, inzibati və digər tədbirlər görülməsini tələb edir. Bundan başqa, Konvensiyanın maraq kəsb edən 21-ci maddəsinə görə tərəflər (Azərbaycan) Konvensiyaya əməl edilməsi barədə onun tərəf dövlət üçün qüvvəyə minməsindən sonrakı 2 il ərzində hesabat verməlidir. Lakin, "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsinin ən azından müzakirəyə çıxarılmaması bu işdə maraqların toqquşması hallarının mövcudluğunu sübut edir. Halbuki, Konvensiyanın yuxarıda adı çəkilən 21-ci maddəsi ilə bağlı ölkəmizin heç bir qeyd-şərti (bəyanatı) olmamışdır.

Gələcəkdə xalqımızın tibbi sağlamlığı, genefondunun qorunması baxımından ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan olunması tam yerinə düşərdi. Bunu beynəlxalq praktika da sübut edir. Belə ki, artıq dünya üzrə 80%-dən çox ölkədə bu cür qadağa tətbiq olunmaqdadır. Hətta araşdırmalara görə, Türkiyədə 2008-ci ildən qüvvədə olan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanunün qüvvəyə minməsindən 2 il ərzində siqaret çəkənlərin sayı 20% azalmışdır. Bir sıra ölkələrin praktikasında siqaretin tərgidilməsi üzrə "qaynar xətt"lər də fəaliyyət göstərir ki, bu cür analoji mexanizmlər haqqında çox danışmaq olar.

Ümid edirik ki, mütərəqqi beynəlxalq praktikaya istinad edilərək yaxın zamanda ölkəmizdə adı çəkilən problemin həlli istiqamətində qanunverici orqan tərəfindən lazımi iradə nümayiş etdiriləcək və artıq ictimai hal almış bu fəsada layiqli cavab veriləcəkdir. Təəccüblü deyildir ki, ölkəmizin idman-sağlamlıq hərəkatında aparıcı qurumu olan Milli Olimpiya Komitəsinə bilavasitə rəhbərlik edən şəxs olaraq Prezident İlham Əliyev öz çıxışlarında "İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir, prioritet məsələdir" fikrini dəfələrlə səsləndirmişdir.

Öz növbəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" ictimai birliyi qanunverici orqana müvafiq qanun layihəsinin hazırlanması üçün vətəndaş cəmiyyəti nümayəndələrindən və aidiyyəti ekspertlərdən ibarət İşçi Qrupun formalaşdırılması və layihənin tərtib edilməsi işində öz dəstəyini verməyə hazır olduğunu ifadə edir.

Anar Bağırov - hüquq elmləri fəlsəfə doktoru,
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin və
Hakimlərin Seçki Komitəsinin üzvü

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bütün xəbərlər