...

Deputat: Yol xəritələri Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşməsinə yönəlib

Nəzər nöqtəsi Materials 9 Dekabr 2016 08:05 (UTC +04:00)
"Yol xəritəsi" əsasən Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşməsinə yönəlib.
Deputat: Yol xəritələri Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşməsinə yönəlib

Bakı. Elçin Mehdiyev, Samir Əli - Trend:

Strateji yol xəritələri əsasən Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşməsinə yönəlib. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının gələcək illərdə inkişaf proqramıdır:

"Qeyri-neft sektorunun inkişafı prioritet xarakter daşıyır. Hazırda 2017-ci ilin büdcəsi müzakirə olunur. Müzakirələrdə də vurğulanıb ki, qeyri-neft sektorunun inkişafında gəlirlərin artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu çox mühüm məsələdir. Strateji yol xəritələri ilə bağlı imzalanan fərmana görə iqtisadiyyatın bütün sahələr üzrə inkişafı üçün addımlar atılmalıdır".

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi

K.Nəbizadə bildirib ki, bu istiqamətdə atılan addımlar dünyada iqtisadi böhranının baş verdiyi vaxtlarda Azərbaycanın iqtisadi inkişafına təkan verəcək:

"2016-cı ildə də bu sahədə işlər görülüb. Kənd təsərrüfatında, informasiya texnologiyaları və tikinti sahələrində də addımlar atılıb. Bu tədbirlərin nəticəsini yaxın zamanda görəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti