...

Ekspert: Azərbaycan 2016-cı ildə multikultural dialoqun inkişafına böyük töhfə verib

Nəzər nöqtəsi Materials 23 Dekabr 2016 17:11 (UTC +04:00)
Bu il Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəaliyyətinin genişləndirilməsi və multikulturalizm ideyalarının təbliğ olunması üzrə böyük işlər görüb.
Ekspert: Azərbaycan 2016-cı ildə multikultural dialoqun inkişafına böyük töhfə verib

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu il Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəaliyyətinin genişləndirilməsi və multikulturalizm ideyalarının təbliğ olunması üzrə böyük işlər görüb.

Bu fikirləri Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iqtisadi yönümlü bir çox uğurlu layihə həyata keçirib.

P.Teys deyib: “Bakı sənaye və istehsalat, o cümlədən qeyri-neft sektorunun, kimya sənayesi sahəsinin inkişafı yoluna qədəm qoyub. Azərbaycan hökuməti Rusiya ilə iqtisadi və siyasi tərəfdaşlığı möhkəmləndirib. Bu il Bakı həmçinin üçtərəfli sammit çərçivəsində Rusiya və İran prezidentlərini qəbul edib.”

Amerikalı ekspert onu da qeyd edib ki, 2016-cı il ərzində Azərbaycan paytaxtında BMT Sivilizasiyalar Alyansının yeddinci Qlobal forumu, Beynəlxalq Humanitar Forum kimi vacib tədbirlər, müxtəlif idman yarışları keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti