Bakı. Elmira Tariverdiyeva - Trend:
Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırıb, özünü enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi tanıdıb və insan hüquqları sahəsində dialoqa hazır olduğunu nümayiş etdirib.
Trend-in məlumatına görə, bunu Yerevanda “Qafqaz-2016” konfransında rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov deyib.
Politoloqun sözlərinə görə, ölkədəki ictimai-siyasi vəziyyətə ciddi təsir göstərən amillərdən biri ötən ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsində qeydə alınmış eskalasiya olub.
O qeyd edib ki, müharibə ötən il keçirilmiş referendumla birgə mövcud siyasi sistemi möhkəmləndirən amillərdən biri oldu.
Bundan başqa ekspert bildirib ki, Azərbaycan 2016-cı ildə cənub qonşusu İranla da dialoqu genişlədirib.