...

Deputat: Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub

Nəzər nöqtəsi Materials 6 Sentyabr 2017 15:14 (UTC +04:00)
Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir.
Deputat: Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.

Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsinin getdiyini deyən A.Mollazadənin sözlərinə görə, bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır.

A.Mollazadə hesab edir ki, bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi, onların, Ermənistanın sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub:

“Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Azərbaycan bu müharibədə layiqli cavablar vermək üçün peşəkar beynəlxalq təcrübədən istifadə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti