...

Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir

Nəzər nöqtəsi Materials 11 Oktyabr 2017 17:15 (UTC +04:00)
Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir.
Akif Əlizadə: Xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüf ki, xaricdəki alimlərimizin elmi məqalələrində Azərbaycanın və AMEA-nın adı çəkilmir.

Trend -in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

A.Əlizadə xaricdəki Azərbaycan alimlərinin imkanlarından istifadə etmək istədiklərini deyib: "Çox istərdik ki, onların imkanlarından istifadə edək. Amma buna nail ola bilməmişik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz diasporlarımızdakı alimlərimizi buraya dəvət edib məruzələrini dinləyək ".

AMEA-nın akademik katibi Rasim Əliquliyev deyib ki, alimlər üçün gənclik yaşının 29-dan 35-ə qaldırılması lazımdır: "Bəzi ölkələrdə hər bir peşə üçün differensiyallaşdırılmış gənclik yaşı tətbiq edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti