...

Elxan Ələsgərov: Ermənistan yenidən KTMT-ni zərbə altına qoya bilər

Nəzər nöqtəsi Materials 16 Noyabr 2018 14:35 (UTC +04:00)
Ermənistanın siyasi məkanında səslənən bu ölkə ilə işğal olunmuş Qarabağda marionet separatçı rejim arasında hərbi sazişin imzalanmasının zəruriliyi barədə bəyanatlar populist xarakter daşıyır və daxili auditoriyaya hesablanıb
Elxan Ələsgərov: Ermənistan yenidən KTMT-ni zərbə altına qoya bilər

Bakı. Mətanət Nəsibova - Trend:

Ermənistanın siyasi məkanında səsləndirilən, bu ölkə ilə işğal olunmuş Qarabağda qondarma rejim arasında hərbi sazişin imzalanmasının zəruriliyi barədə bəyanatlar populist xarakter daşıyır və daxili auditoriyaya hesablanıb.

Bunu Trend-ə “Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə doktoru, politoloq Elxan Ələsgərov deyib.

Ekspertin fikrincə, Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) razılığı olmadan hərbi sazişlər imzalaya bilməz:

“Rəsmi Yerevan hər hansı bir vəziyyətdə düzgün qərar qəbul etmək iqtidarında deyil və bir səhv ardınca digər səhvi buraxmaqda davam edir. KTMT üzvü olaraq Xaçaturovu Baş katib vəzifəsindən geri çağırmaqla səhvə yol verdi. İndi isə Azərbaycanın işğal olunmuş ərazilərində guya təhlükəsizliyin təmin olunmasına yönəlmiş hərbi sazişdən söhbət gedir. Bu da absurd fikirdir. Hesab edirəm ki, bu cür bəyanatlar əsassızdır və Ermənistanın bu təşkilatda üzvlüyünü şübhə altına alır”.

O qeyd edib ki, bu cür bəyanatlar sırf təbliğat xarakteri daşıyır:

“Bu cür sənəd imzalamaq üçün Ermənistan blokdan çıxmalıdır, ona görə də bu cür söhbətlər yersizdir. Fikrimcə, Ermənistan bu cür sənədi imzalamağa cəhd etsə belə, KTMT-nin üzv ölkələri ilə münasibətlərdə növbəti böhranla üzləşəcək və bu struktrun nüfuzunu növbəti dəfə zərbə altına qoyacaq”.

http://bakunetwork.com

Bizə "Twitter" və "Facebook"da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg

Məqalədə:
Xəbər lenti

Xəbər lenti