...

Ekspert: Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq

Nəzər nöqtəsi Materials 3 Aprel 2019 19:26 (UTC +04:00)
Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq.
Ekspert: Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Azərbaycan Ordusunun Aprel zəfəri müasir tariximizin şanlı səhifələrindən biridir:

"Güclü Ordumuz, qorxmaz Azərbaycan əsgəri düşmənin neçə ildir formalaşdırdığı mifi dağıdaraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirdi, bununla da nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Ordumuz sübut etdi ki, əgər sülh danışıqları bir nəticə verməsə, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə geri qaytara bilər. Aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışı zamanı bəyan edib ki, 2016-cı ilin aprel döyüşləri tariximizin şanlı səhifəsidir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər”.

Ekspert ordu quruculuğunda əldə olunan uğurlara toxunaraq vurğulayıb ki, ordumuz uğurla inkişaf edir, maddi-texniki bazası yenilənir, şəxsi heyətin peşəkarlıq qabiliyyəti, əhvali-ruhiyyəsi günbəgün artır: “Bu gün Azərbaycan Ordusu ən müasir texnika, silah və sursatla təmin edilir. Bu amil isə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Bu amil isə Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin üstünlüyünü təmin edən əsas faktorlardan biri kimi çıxış edir”.

O qeyd edib ki, aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz bərpa ediləcəyini bir daha nümayiş etdirdi: “Sözsüz ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyində heç bir dəyişiklik yoxdur. Torpaqlarımız işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmalı, regionda sülh və sabitlik bərqərar edilməlidir. Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq birlik qarşısında tələbi budur. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır”.

V.Rəhimzadə bildirib ki, aprel döyüşləri nəticəsində düşmənin nəzarətindən çıxan Cocuq Mərcanlı kəndi bu gün sürətlə inkişaf edir: “Artıq burada yeni həyat başlayıb. Qısa zaman kəsiyində kənddə 150 ev, məktəb, uşaq bağçası, məscid tikilib, yeni iş yerləri yaradılıb. Şübhəsiz ki, güclü Ordumuz işğal altındakı bütün torpaqları azad edəcək və Cocuq Mərcanlı kimi, bütün kənd və qəsəbələr yenidən qurulacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti