...

Deputat: Məhz bu laqeydlik regionda sabitliyin pozulmasına, gələcəkdə müharibənin daha geniş miqyasda başlamasına şərait yaradır

Nəzər nöqtəsi Materials 11 May 2019 09:53 (UTC +04:00)
Deputat: Beynəlxalq təşkilatlar ermənilərin belə hərəkətlərinə qarşı barışmaz mövqedə olmalıdır
Deputat: Məhz bu laqeydlik regionda sabitliyin pozulmasına, gələcəkdə müharibənin daha geniş miqyasda başlamasına şərait yaradır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Şüşa şəhərinin işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar bu bölgəyə qanunsuz səfəri beynəlxalq hüquq normalarına ziddir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına əngəldir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

O qeyd edib ki, N.Paşinyan və ondan əvvəl hakimiyyətdə olanlar bu normaları dəfələrlə pozub, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər ediblər:

“Bu, onlar üçün adi haldır və erməni xalqı arasında milli imic qazanmaq üçün bir vasitədir. Çünki 1988-ci ildən indiyə qədər Ermənistana rəhbərlik edənlər məhz bu mənfur millətçilik ideyaları, təcavüzkar əməlləri ilə öz vəzifələrini qoruyub saxlamağa nail olublar. Paşinyan da bu yolun yolçusudur. Çox təəssüflər olsun ki, Ermənistanın hakim dairələrinin işğal altında olan bölgələrə qanunsuz səfərlərinə beynəlxalq qurumlar, xüsusilı də ATƏT-in Minsk qrupu tərəfindən ciddi narazılıq bildirilmir. Məhz bu laqeydlik Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir və regionda sabitliyin pozulmasına, gələcəkdə müharibənin daha geniş miqyasda başlamasına şərait yaradır”.

T.Rzayev vurğulayıb ki, münaqişənin kəskinləşməməsi üçün beynəlxalq təşkilatlar belə hallara qarşı barışmaz mövqedə olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti