• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Nəzər nöqtəsi

Pirallahı rayonu sürətlə inkişaf edir

8 Avqust 2019 14:07 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək bütün sahələrdə böyük uğurlar qazanmışdır. Bu dövr ərzində Prezidentin təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına əsasən, Bakı şəhəri və onun rayonları, o cümlədən, mənim deputat seçildiyim 13 saylı Xəzər-Pirallahı seçki dairəsinə aid olan Pirallahı rayonu böyük inkişaf yolu keçmişdir.

Bu fikirləri Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ölkə başçısının daim diqqətində olan məsələlərdəndir: "Pirallahı Bakı şəhərinin ən gənc rayonu olmasına baxmayaraq, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində paytaxtın rayonları arasında öz layiqli yerini tutmuşdur. Təkcə 2019-cu ilin 6 ayı ərzində cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə iştirakı ilə rayonda çoxlu sayda sənaye müəssisələrinin, müxtəlif təyinatlı sosial obyektlərin açılış mərasimi keçirilmiş, geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

16 may 2019-cu il tarixdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, rayon ərazisində yaradılmış Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodu işə salınmışdır. Zavodda 150 iş yeri yaradılmışdır. Zavodun istehsal etdiyi məhsullar nəinki yerli tələbatı ödəyəcək, eyni zamanda Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək.

5 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı qəsəbəsində 306 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilmişdir. Yaşayış kompleksində məktəb də daxil olmaqla, digər zəruri infrastruktur obyektləri tikilib istifadəyə verilib".

R.Əliyev əlavə edib ki, 7 avqust 2019-cu il tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Pirallahı rayonunda bir sıra sənaye, sosial, mədəniyyət və inzibati obyektlərin açılış mərasimləri keçrilib: "Pirallahı Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir. YAP Pirallahı Rayon Təşkilatı üçün müasir tipli yeni inzibati binanın açılış mərasimi keçirilmişdir. Yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilmişdir. Gənclər Mərkəzinin binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir.

Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Pirallahı qəsəbəsində “Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılmış “NərəMİZ” balıqyetişdirmə zavodu istifadəyə verilmişdir. Ümumi sahəsi 6 ha olan bu müəssisənin ilkin mərhələsində illik istehsal gücü 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. Burada 30 iş yeri yaradılıb və gələcəkdə 70-ə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq rayon ərazisində qeydiyyata alınmış 369 qəzalı binada yaşayan 5181 nəfərdən ibarət 1510 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış kompleksi inşa olunur. Hazırda kompleksdə 114 mənzildən ibarət üç binanın inşası başa çatıb. Kompleksə 340 şagird yerli məktəb binası, 120 yerlik iki uşaq baxçası, üç idman meydançası və velosiped zolağı daxildir".

Millət vəkilinin sözlərinə görə, bu layihələrin həyata keçrilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onun rifahının, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir: "Pirallahı rayonunda həyata keçrilən genişmiqyaslı infrastruktur layihələrinə, yeni yaradılmış yeni iş yerlərinə açılmasına, rayona göstərilən diqqət və qayğıya görə, Pirallahı rayonunun sakinləri adından cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkür və minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətlərində uğurlar arzu edirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Pirallahı
  • Rauf Əliyev
  • Prezident İlham Əliyev
Digər xəbərlər
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Siyasət 16:35
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
Siyasət 16:31
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib (FOTO)
Siyasət 15:17
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
Siyasət 15:08
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub (FOTO)
Siyasət 14:47
Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Siyasət 9 Dekabr 17:06
Xəbər lenti
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Cəmiyyət 22:30
Azərbaycan neftinin qiyməti dəyişdi
İqtisadiyyat 21:45
Ombudsman Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində silsilə tədbirlərdə iştirak edir
Cəmiyyət 21:19
Paytaxt sakinini aldadaraq evini və ticarət obyektini mənimsəyən şəxs saxlanılıb
Hadisə 21:00
İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edir
Cəmiyyət 20:46
Hərbi hissədə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 20:31
Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı
Dünya xəbərləri 20:04
Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır
Siyasət 19:49
Bakıda məcburi köçkün 35 yaşlı qadını vurub öldürdü
Hadisə 19:33
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri