...

Deputat: Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın faşist siyasətinin daha bir təsdiqidir

Nəzər nöqtəsi Materials 5 Noyabr 2019 09:37
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir.
Deputat: Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın faşist siyasətinin daha bir təsdiqidir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın işğalçı ölkə olduğunu və faşist siyasəti yeritdiyini bir daha təsdiqləyir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifinə münasibət bildirərkən deyib.

A.Hüseynov bildirib ki, N.Paşinyanın bu absurd fikri son dərəcə gülünc səslənir: “Çünki dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi tanınan əbədi və əzəli torpağımızda başqa bir dövlətin bu istəyi qanunsuz olmaqla yanaşı, torpaqlarımıza göz dikməyin bariz nümunəsidir”.

Deputatın sözlərinə görə, reallıq budur ki, 1991-ci ilin noyabrın 26-dan Dağlıq Qarabağ adlı inzibati bir qurum olmadığından orada belə bir tədbirin keçirilməsi beynəlxalq qanunlara ziddir:

"N.Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında siyasi nüfuzunu itirib. O, erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə ifadə edə bilmir və ona görə bu cür sərsəm bəyanatlar səsləndirməklə ölkə daxilində gərginliyi azaltmağa cəhd edir. Nikol Paşinyan bu sərsəm təklifi ilə Ermənistanda durmadan itən nüfuzunun bərpasına çalışsa da hiyləgər niyyəti və faşist təfəkkürü ilə istəyinə nail ola bilməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti