• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Nəzər nöqtəsi

Keçmiş müsavatçı Müsavat partiyasının "mühacir oyunu"nu FAKTLARLA ifşa etdi

16 Noyabr 2019 09:50 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Samir Əli - Trend:

Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı (Müsavat Partiyasının sədr müavini - red) yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә, Arif Hacılının Müsavat partiyasının sədri - red) orijinal imzası, Müsavatın halalca möhürüylә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın Müsavat partiyası üzvlərinin "mühacir alveri"nə görə saxlanmasına partiya təmsilçilərinin reaksiyası barədə danışarkən deyib.

Jurnalist bildirir: "Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" MP Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci YALAN: Müsavat Partiyası Naxçıvan MR әrzisindәki Tәşkilatların heç birindә GӘNCLӘR ÖZӘYİ OLMAYIB. Sadәcә, arayış belә yazılıb ki, daha tәsirli görsәnsin.

Arayışın içәrisindәki "TӘZYİQӘ MӘRUZ QALIB", "POLİS TӘQİBİ", "mühacirәtә getmәyә mәcbur oldu" kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir statusu almasına hesablanıb. Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu, 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq, bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamam mümkünsüzdür.

Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa, mütlәq mәn tanıyardım.

Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin.

Arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmayıb. Olsa da belә, Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә "oformıt" edilib. Yaxud da, heç onu da etmәyiblәr.

Bu yaxınlarda Arif Hacılıgil güya şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr.

PS: Arayışda adı keçәn şәxs, 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib. Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni, bizim әlimizlә olmasın".

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Keçmiş müsavatçı Müsavat partiyasının "mühacir oyunu"nu FAKTLARLA ifşa etdi
  • Keçmiş müsavatçı Müsavat partiyasının "mühacir oyunu"nu FAKTLARLA ifşa etdi
  • Məqalədə:
  • Müsavat Partiyası
Digər xəbərlər
Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib
Siyasət 7 Dekabr 14:32
Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Siyasət 7 Dekabr 11:12
"Müsavat bazarı"nda saxta mühacir sənədlərinin ŞOK QİYMƏTLƏRİ açıqlandı (FOTO)
Siyasət 28 Noyabr 13:05
Avropadakı hәmkar partiyaları da Müsavatın mühacir alverçisi olduğunu görәcәk - Yafəz Əkrəmoğlu
Siyasət 25 Noyabr 11:16
Müsavat funksioneri jurnalisti hədələdi, jurnalist isə ortaya yeni FAKT qoydu
Siyasət 25 Noyabr 10:28
Müsavat funksionerləri partiyanı "divara dirəyib" - "Bu, demokratiyanın üzünə tüpürmək deyilmi?"
Siyasət 23 Noyabr 14:12
Xəbər lenti
Kimyəvi məddə daşıyan sisterna aşıb, ölənlər var
Dünya xəbərləri 03:13
İsrail ordusu Qəzza zolağından atılan iki raketi vurub
Dünya xəbərləri 02:11
Türkiyədə 5 PKK terrorçusu zərərsizləşdirilib
Dünya xəbərləri 01:12
Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı
Hadisə 00:15
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq (FOTO)
Cəmiyyət 7 Dekabr 23:35
Yeni pilotsuz uçuş aparatı təqdim edildi - Qonşu ölkədə
Dünya xəbərləri 7 Dekabr 23:10
Balıqçılar qəzaya uğradı - 30 ton balıq məhv oldu
Dünya xəbərləri 7 Dekabr 22:33
Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib (FOTO)
Cəmiyyət 7 Dekabr 22:02
Deputat: Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək
Siyasət 7 Dekabr 21:27
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

Ermənistan hakimiyyəti bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir - Politoloq

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)
Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri