...

CNN: Şübhəsiz ki, Azərbaycan turistlərin diqqətinə layiqdir (FOTO)

Eurovision-2012 Materials 19 Noyabr 2011 15:51 (UTC +04:00)
Zəngin və strateji baxımdan mühüm ölkə olan Azərbaycan, şübhəsiz, turistlərin diqqətinə layiqdir.
CNN: Şübhəsiz ki, Azərbaycan turistlərin diqqətinə layiqdir (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir V.Javoronkova/

Zəngin və strateji baxımdan mühüm ölkə olan Azərbaycan, şübhəsiz, turistlərin diqqətinə layiqdir. CNN telekanalının aparıcı müxbiri Cim Klensi jurnalist Cim Buldenlə birgə Azərbaycan haqqında reportajlar və müsahibə hazırlayır.

"Mən Azərbaycanı turizm obyekti kimi məsləhət edərdim, çünki burada çoxlu sayda şeylər var ki, onlara baxmağa, araşdırmağa və öyrənməyə dəyər", - Klensi Trend-ə müsahibəsində deyib.

"Azərbaycana baxış" - bu il artıq Hindistan, Almaniya, Ukrayna, Gürcüstan, Polşa və Makedoniyada buraxılışlar hazırlayan CNN-in layihəsi çərçivəsində sonuncu silsilə verilişdir.

Klensinin sözlərinə görə, hazırda dünyada çoxları Azərbaycanı tanımır. "Adamların əksəriyyəti Azərbaycanı xəritədə tapa bilməzlər", - o deyib.

CNN xəbərlərində 30 illik təcrübəyə malik amerikalı jurnalistin dediyi kimi, layihə bunu düzəltməyi və Azərbaycanın harada yerləşdiyi, nə üçün belə mühüm olduğundan bəhs etməyi nəzərdə tutur.

"Adamlar Azərbaycan xalqı, tarixi baxımdan onun kim olduğu, onun xalçaları, mədəniyyəti, musiqisi haqqında öyrənən kimi dərhal ona maraq göstərməyə başlayacaqlar", - o hesab edir.

Jurnalistin fikrincə, bunun üçün sadəcə olaraq insanların diqqətini Azərbaycana cəlb etmək lazımdır.

2012-ci ildə Azərbaycan "Evrovision" mahnı müsabiqəsini qəbul edəcək. Bu hüququ o, 2011-ci ildə Almaniyada keçirilən müsabiqədə qələbə qazanmaqla əldə edib.

Klensinin fikrincə, şübhəsiz ki, Azərbaycan "Eurovision"un keçirilməsindən sonra güclü turist axını gözləməlidir, "əlbəttə ki ölkəyə çoxlu sayda insan gələcək".

Onun sözlərinə görə, Azərbaycanda müsiqiyə nəhəng sevgi olduğunu anlamaq üçün təkcə ötən il qələbədən sonra paytaxtın küçələrindəki təntənələrə baxmağa dəyər. Amerikalı jurnalistin fikrincə, bu sevgi təkcə muğama deyil, həm də caza, musiqinin bir çox başqa istiqamətlərinədir.

Bundan başqa, Klensinin fikrincə, 2012-ci ildə Azərbaycan daha bir vacib tədbiri gözləyir. Ölkə 2012-ci ildə qadınlar arasında FIFA U-17 dünya çempionatının keçirilməsi hüququnu qazanıb. Bu regionda ilk belə hadisədir, bundan başqa, o güman edir ki, bu tədbir idmanla məşğul olmaq istəyən qızlar üçün də vacibdir.

"Biz Azərbaycanın komandası ilə danışdıq və onlar bu məsələdə Azərbaycanın birinci olmasından şaddırlar", - Klənsi deyib. -"Mən ümid edirəm ki, digər müsəlman ölkələri də bundan nümunə götürəcəklər və əminəm ki, bu belə də olacaq".

Jurnalistin sözlərinə görə, Azərbaycan haqqında ilk təəssüratı onun 1991-ci ildə, sabiq Prezident Ayaz Mütəllibovun müstəqilliyi elan etdiyi vaxt ölkəyə gəlişi zamanı formalaşıb. "O dövrdə mənim Azərbaycan haqqında ilk təəssüratım çox boğulmuş və tükədilmiş keçmiş sovet respublikası kimi idi", - o deyib.

Klensinin sözlərinə görə, indi, qayıtdıqdan sonra o, şəklini dəyişmiş şəhəri görüb. Onun fikrincə, Azərbaycan özünün neft və qaz sərvətindən istifadə etməyi bacararaq öz vətəndaşlarına daha çox yaraşan daha müasir şəhər yarada bilib.

Klensi hesab edir ki, Azərbaycan keçid dövründədir, lakin geosiyasi arenada mühüm ölkədir, eləcə də neft-qaz baxımından vacib ölkədir və bu səbəblərdən Azərbaycan diqqəti özünə cəlb edir.

Lakin bu dəfə CNN-in layihəsinin fokusu Azərbaycan xalqına, onun zəngin mədəniyyətinə, onun əslində necə olduğuna cəmləşib. Klensi bildirib ki, çünki bu xalqı təkcə ölkənin resurs potensialına görə qiymətləndirmək olmaz.

Xəbər lenti

Xəbər lenti