...

Avstriyanın "Eurovision 2012" təmsilçiləri möhtəşəm şou nümayiş etdirəcəklər (FOTO)

Eurovision-2012 Materials 14 May 2012 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Avstriyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Trackshittaz" qrupunun üzvləri müsabiqədə möhtəşəm şou nümayiş etdirəcəklər. Trend-in məlumatına görə, bu barədə onlar "Bakı Kristal Zalı"nda ilk məşqlərindən sonra keçirdikləri mətbuat konfransında bildiriblər.

Qrup üzvləri qeyd ediblər ki, yarışmada digər ölkə təmsilçiləri kimi, onların da məqsədi qələbə qazanmaqdır.

Avstriyanın ən ucqar bir şəhərindən gəldiklərini və belə bir önəmli yarışmada ölkəsini təmsil etdiyindən qürur duyduqlarını qeyd edən təmsilçilər müsabiqədə iştirak etmək üçün əllərindən gələni etdiklərini deyiblər.

Bakını çox bəyəndiklərini deyən qonaqlar yaradılmış şəraitdən çox razı qaldıqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti