...

Sloveniyanın "Eurovision" təmsilçisi müsabiqədə hər kəsi özünə rəqib hesab edir (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 14:46 (UTC +04:00)
Sloveniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən 16 yaşlı müğənni müsabiqədə hər kəsi özünə rəqib hesab edir.
Sloveniyanın "Eurovision" təmsilçisi müsabiqədə hər kəsi özünə rəqib hesab edir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Sloveniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən 16 yaşlı müğənni müsabiqədə hər kəsi özünə rəqib hesab edir.

"Bütün istirakçıları özümə rəqib hesab edirəm. Bütün ölkələr müsabiqəyə güclü hazırlaşıb, güclü mahnılarla təmsil olunurlar", - Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Sloveniya təmsilçisi Eva Boto deyib.

Müsabiqənin ən gənc iştirakçılarından olduğunu diqqətə çatdıran müğənni 10 yaşından başlayaraq bir çox beynəlxalq konfranslarda iştirak etdiyini bildirib. O, ifa etdiyi mahnıların əksəriyyətini özü bəstələdiyini deyib.

Müğənni belə bir mötəbər yarışmada ölkəsini təmsil etməkdən qürur duyduğunu bildirərək qeyd edib ki, müsabiqəyə xüsusi geyimdə çıxacaq. O, müğənnilik fəaliyyətini müsabiqədən sonra da davam etdirmək niyyətindədir.

Xüsusi favoritinin olmadığını deyən müğənni "Bakı Kristal Zalı"nın geniş və işıqlı səhnəsinin ona böyük enerji verdiyini deyib.

O vurğulayıb ki, musiqi tərcüməyə ehtiyacı olmayan bir dildir və bu baxımdan, yarışmada ifa edəcəyi mahnının doğma sloven dilində olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti