...

Kiprin "Eurovision 2012" təmsilçisi dostları üçün Bakıdan araqçın alıb

Eurovision-2012 Materials 22 May 2012 18:47 (UTC +04:00)
Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamou dostlarına Azərbaycandan araqçın hədiyyə alıb. Trend-in məlumatına görə, bunu eurovision.az saytına açıqlamasında təmsilçinin özü deyib.
Kiprin "Eurovision 2012" təmsilçisi dostları üçün Bakıdan araqçın alıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Kiprin "Eurovision 2012" təmsilçisi İvi Adamou dostlarına Azərbaycandan araqçın hədiyyə alıb. Trend-in məlumatına görə, bunu eurovision.az saytına açıqlamasında təmsilçinin özü deyib.

Bakının gözəlliyindən də danışan İvi, məmnuniyyətlə bu şəhərdə yaşamağa razıdır. "Bu neçə gün ərzində Bakının çox yerini gəzdim. Bu şəhər məni valeh edir. Sizə bir sirr açım, məmnuniyyətlə Bakıda yaşayaram. Kiprə qayıtdıqdan sonra dostlarıma bu ölkə haqqında ən gözəl sözləri deyəcəm, çünki qeyrisi mümkün deyil", - o deyib.

Müsabiqədə uğur qazanacağına inanan İvi Adamou, bundan sonra mütəmadi olaraq "Odlar Yurdu"na gələcəyini deyir.

"Artıq Bakı mənim bir parçam olub və dostlarımla yığışıb mütəmadi bu şəhərə gələcəyəm", - Kipr təmsilçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti