...

"Eurovision 2012" şouları 46 ölkədə yayımlanacaq

Eurovision-2012 Materials 22 May 2012 19:58 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin şouları 46 ölkədə yayımlanacaq.
"Eurovision 2012" şouları 46 ölkədə yayımlanacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin şouları 46 ölkədə yayımlanacaq.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, bunlar builki müsabiqədə iştirak edən 42 ölkə, eləcə də Avstraliya, Qazaxıstan, Ermənistan və Kosovo Respublikasıdır.

Qeyd edək ki, "Eurovision 2012" mahnı müsabiqəsinin iki yarımfinalı və finalı mayın 22, 24 və 26-da keçiriləcək. Hər yarımfinal mərhələsində 18 ölkə iştirak edir və hər mərhələdən finala keçmək uğrunda 10 ölkə mübarizə aparacaq. "Eurovision" şouları Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu gün Bakı vaxtı ilə saat 00:00-da "Bakı Kristal Zalı"nda "Eurovision 2012"-nin ilk yarımfinalı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti