...

Bakıda "Eurovision 2012"-nin I yarımfinalının nəticələri üzrə səsvermə başa çatıb (ƏLAVƏ OLUNUB)

Eurovision-2012 Materials 23 May 2012 01:42 (UTC +04:00)
Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalının nəticələri üzrə səsvermə başa çatıb.
Bakıda "Eurovision 2012"-nin I yarımfinalının nəticələri üzrə səsvermə başa çatıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 may /Trend/

Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalının nəticələri üzrə səsvermə başa çatıb.

Müsabiqə xüsusi olaraq "Eurovision 2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilir. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqənin yarımfinal və final mərhələlərinə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var. "Eurovision 2012"-nin teleauditoriyasını dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.

Hazırkı 57-ci mahnı müsabiqəsində 42 ölkənin təmsilçisi iştirak edir.

Birinci yarımfinalda Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyadan olan təmsilçilər iştirak ediblər.

Müsabiqənin ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti