Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Bu gün "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Birinci yarımfinal mərhələsində iştirak edən 18 ölkədən 10-u finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, finala vəsiqə qazanmış 10 ölkə təmsilçisi canlı şoudan sonra mətbuat konfransı keçirib.
"Hər şey yaxşı oldu. Finala hazırlaşırıq. Yüksək performans olacaq. Finala çıxdığımız üçün çox sevinirik. Bu sevinci "EuroClub"da qeyd edəcəyik", - Rumıniyanın "Eurovision 2012" təmsilçisi "Mandinga" qrupunun üzvü deyib.
Mətbuat konfransındakı püşkatmanın nəticəsinə əsasən, "Mandinga" qrupu finalda 14-cü yerdə çıxış edəcək.