...

Bakıda "Eurovision" tarixi ərzində rekord sayda tamaşaçı iştirak edib

Eurovision-2012 Materials 23 May 2012 19:33 (UTC +04:00)
Dünən biz "Eurovision" tarixi ərzində ən çox sayda azarkeş gördük. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında "Eurovision"un təşkilatı məsələləri üzrə rəhbəri Sietse Bekker bildirib.
Bakıda "Eurovision" tarixi ərzində rekord sayda tamaşaçı iştirak edib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbirlər E.Mehdiyev, M.Əliyev/

Dünən biz "Eurovision" tarixi ərzində ən çox sayda azarkeş gördük. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında "Eurovision"un təşkilatı məsələləri üzrə rəhbəri Sietse Bekker bildirib.

"Biz Azərbaycan xalqının müsabiqəyə belə maraq göstərdiyinə görə şadıq", - Bekker deyib.

Onun sözlərinə görə, dünən müsabiqənin rəsmi saytının canlı efirində ötənilki yarımfinaldan 80 faiz çox internet trafiki olub.

Müsabiqənin rəhbəri Yan Ola Sand sosial şəbəkələrdə "Eurovision"un populyarlıq məsələsinə toxunub. Onun sözlərinə görə, Bakıda keçirilən birinci yarımfinalla bağlı aparılan təhlil "Twitter" və digər sosial şəbəkələrdə statusun yüksək fəallığını göstərib. "Bu, Avropanın, xüsusən gənclərin "Eurovision"a yüksək marağını göstərir", - Sand deyib.

Xəbər lenti

Xəbər lenti