...

Səbinə Babayeva finala çıxmayan "Eurovision 2012" iştirakçılarına təşəkkür edib (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 19:14 (UTC +04:00)
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində Azərbaycanın "Eurovision 2012" müsabiqəsindəki finalçısı Səbinə Babayevanın mətbuat konfransı keçirilib.
Səbinə Babayeva finala çıxmayan "Eurovision 2012" iştirakçılarına təşəkkür edib (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir V.İmanov/

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində Azərbaycanın "Eurovision 2012" müsabiqəsindəki finalçısı Səbinə Babayevanın mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, Səbinə Babayeva mətbuat konfransından əvvəl "Eurovision 2012"-nin finalına çıxmayan 16 ölkənin təmsilçisinə təşəkkür edib. Bu ölkələrin milli bayraqlarını stolun üzərinə qoyan Səbinə Babayeva hər iştirakçı haqqında xoş sözlər deyib.

Sonra təmsilçimiz KİV-in çoxsaylı suallarını cavablandırıb.

Müğənni jurnalistlərə qeyri-adi səsinin sirrini və istedadını necə qoruduğunu açıqlayıb.

"Siqaret çəkmirəm, dondurma yemirəm, alkoqol içkilər qəbul etmirəm. Sağlamlığıma ziyan verə biləcək şeyləri etmirəm", - o qeyd edib.

Engelbert Hamperdink ilə əməkdaşlığına toxunan ifaçının sözlərinə görə, o, böyük müğənnidir. "Bakıda "Eurovision"da iştirak etdiyinə görə ona təşəkkür edirəm. Onunla eyni səhnədə çıxış etmək mənim üçün böyük fəxrdir", - Babayeva bildirib.

Səbinə Babayevanın sözlərinə görə, Azərbaycanı "Eurovision"da təmsil etdiyinə görə böyük qürur hissi keçirir.

"Biz cəmi dörd il ərzində nüfuzlu mahnı müsabiqəsini Azərbaycana gətirə bildik və hamı görür ki, qısa müddətdə hər şeyi yüksək səviyyədə təşkil edə bildik", - müğənni vurğulayıb.

Xəbər lenti

Xəbər lenti