...

"Eurovision 2012" mahnı müsabiqəsinin postkardları Azərbaycanı tərənnüm edir

Eurovision-2012 Materials 26 May 2012 19:50 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin final gecəsində çıxış edəcək təmsilçilərin sayına uyğun olaraq 26 postkard nümayiş etdiriləcək.
"Eurovision 2012" mahnı müsabiqəsinin postkardları Azərbaycanı tərənnüm edir

Azərbaycan, Bakı, 26 may /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin final gecəsində çıxış edəcək təmsilçilərin sayına uyğun olaraq 26 postkard nümayiş etdiriləcək.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, bütün postkardlar Azərbaycanı, onun tarixi, mədəniyyəti, mətbəxi, arxitekturası, təbiətini, insanların qonaqpərvərliyini təsvir edir. Bu postkardlar hər finalçının çıxışından əvvəl yayımlanacaq.

Postkardların təqdim edilməsində əsas məqsəd Azərbaycanı müsabiqənin Avropadakı 100 milyondan çox izləyicisinə qədim tarixi, zəngin mədəniyyəti, dadlı mətbəxi, müasir paytaxtı və qonaqpərvər xalqı olan bir ölkə kimi təqdim etməkdir.

Postkardlar Bakıda və onun ətrafında, həmçinin Şəkidə, Mingəçevirdə, Qəbələdə, və Lənkəranda çəkilib.

Qeyd edək ki, postkardlar qısa, 35 saniyəlik təqdimat videolarıdır və ənənəvi olaraq "Eurovision" mahnı müsabiqəsində hər iştirakçının çıxışından əvvəl təqdim olunur.

Xəbər lenti

Xəbər lenti