Azərbaycan, Bakı, 27 may /Trend/
Danimarkanın "Eurovision 2012" təmsilçisi Soluna Samay "Bakı Kristal Zalı"nın səhnəsində 15-ci sırada çıxış edib.
Soluna Samay "Should've Known Better" mahnısını ifa edib.
"Hesab edirəm ki, "Eurovision"da yaxşı mahnı başqa mahnılardan fərqlənməlidir. Və əlbəttə ki, bu, yaddaqalan musiqi olmalıdır. Mənim pop mahnımın hamının qəlbinə yaxın olacağına ümid edirəm", - ifaçı bir az əvvəl deyib.
1990-cı ildə anadan olan Soluna Samay musiqi karyerasina "Sing Out Loud" musiqi albomu ilə başlayıb.