...

Rusiyanın Müdafiə Nazirliyi: " Azərbaycan Gürcüstandakı rus hərbi bazasından hərbi texnikanın Gümrüyə daşınması ilə bağlı Rusiya Federasiyasına rəsmi etiraz təqdim etməyib"

Dünya xəbərləri Materials 11 Sentyabr 2007 17:31 (UTC +04:00)
Rusiyanın Müdafiə Nazirliyi: " Azərbaycan Gürcüstandakı rus hərbi bazasından hərbi texnikanın Gümrüyə  daşınması ilə bağlı Rusiya Federasiyasına rəsmi etiraz təqdim etməyib"

Azərbaycan Gürcüstandakı rus hərbi bazasından hərbi əmlak və texnikanın Gümrüyə (Ermənistan) daşınması ilə bağlı Rusiya Federasiyasına rəsmi etiraz təqdim etməyib. "Qafqaz-pres"in verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələri quru qoşunlarının ictimai əlaqələr və mətbuat xidmətinin rəhbəri, polkovnik German Jitenev bildirib.

"Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılaraq, Rusiya və Ermənistan ərazisinə daşınmması ilə əlaqədar olaraq, Gürcüstan, Azərbyacan və Ermənimstan tərəfindən əmlakın çıxarılmasının ardııcıllığı və tarixi ilə bağlı şikayət və narazılıqlar daxil olmayıb" - deyə Jitenev bildirib.

Jitenevin sözlərinə görə, Rusiya quru qoşunları Gürcüstandakı hərbi əmlak və texnikanı Ermənistandakı Rusiya hərbi bazası ərazisinə daşıyır. Daşınma bütün maraqlı tərəflər tərəfindən razılaşdırılan rus ordu qrupunın Zaqafqaziyadakı əmlakının daşınması planına müvafiq olaraq həyata keçirilir. "Rusiya Gürcüstan ərazisindən 12-ci hərbi bazanın daşınması ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri ciddi yerinə yetirir" - deyə polkovnik bildirib.

Onun sözlərinə görə, 2007-ci ildə Gümrüdəki (Ermənistan)102-ci rus hərbi bazasının tamamlanması üçün 161 ədəd silah-sursat və hərbi texnikanın daşınması planlaşdırılır.

"Ermənistana, əsasən, 109 ədəd avtomobil texnikası daşınacaq. Bundan əlavə ,102-ci bazaya 6 ədəd zirehli tank texnikası, 5 raket-artileriya silahı və 41 traktor, ekskovator aə digər texnika çatdırılacaq" - deyə quru qoşunları nümayəndəsi qeyd edib.

Agentliyin həmsöhbəti qeyd edib ki, Gürcüstandan Rusiyanın Gümrüdəki bazasına artıq 117 ədəd silah-sursat və texnika daşınıb. Noyabrda bazaya rus hərbi texnikası ilə yüklənmiş növbəti hərbi eşalon göndəriləcək.

Bu gün Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib ki, hazırda Bakıda Azərbaycanla sərhəddə Gürcüstandakı bazadan rus hərbi texnikasının Ermənistana daşınması barədə məlumat yoxlanılır.

Xəbər lenti

Xəbər lenti