...

Iran Milli Təhlükəsizlik Komissiyasının sədri: "Fransa İrandan rəsmən üzr istəməlidir"

Dünya xəbərləri Materials 18 Sentyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İranın Milli Təhlükəsizlik Komissiyasının və Milli Məclisinin xarici siyasət üzrə sədri Əlaəddin Burucerdi bazar ertəsi Fransa xarici işlər naziri Bernar Kuşnerin İrana qarşı sərt bəyanatına qarşı etirazını bildirib.

Eitrazda deyilir ki, rəsmi Parisin İrana qarşı belə bir sərt mövqe tutması ilə İran-Fransa arasında milyardlarla avro dəyərində olan iqtisadi əməkdaşlığın bir mənası yoxdur. Burucerdi əlavə edib ki, Fransa İrandan rəsmən üzr istəməlidir. "Fransa rəsmilərinin qeyri-məntiqi hərəkətinin bu ölkənin İrandan gələn gəlirlərinə ciddi təhlükə törətməyəcəyi istisna olunmur" - deyə Burucerdi bildirib.

İRNA agentliyinin verdiyi məlumata əsasən, Burucerdi Fransa rəsmilərinin İrana qarşı sərt mövqe tutmasını bu ölkənin xarici siyasət münasibətlərinin qeyri-peşəkar qurulması ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti