...

Ukraynalı politoloq: "Ukraynadakı seçkilərdə "Süni səsvermə" ola bilər"

Dünya xəbərləri Materials 27 Sentyabr 2007 12:59 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukraynada səsvermənin nəticələrinin həm koalisiya, həm də müxalifət tərəfindən ciddi saxtalaşdırılması və ya süni korreksiya təhlükəsi var. Bu barədə cümə axşamı Trend ə müsahibəsində "Penta" siyasi tədqiqatlar mərkəzinin sədri Vladimir Fesenko bildirib.

Ukraynada vaxtındanəvvəl parlament seçkiləri 2007-ci il sentyabrın 30-da keçiriləcək.

"Çox güman ki, səsvermədən sonra məhkəmə yolu ilə müəyyən məsələlərə aydınlıq gətiriləcək və Mərkəzi Seçki Komissiyası səviyyəsində münaqişələr meydana gələcək. Mən küçə qarşıdurmalarının da baş verəcəyini istisna etmirəm" - deyə politoloq bildirib.

Bununla yanaşı politoloq 30 sentyabrda seçki prosesinin tam sakit şəraitdə keçəcəyini qeyd edib, baxmayaraq ki, ayrı-ayrı seçki məntəqələrində səsvermə və ya səslərin hesablanması proseslərinin pozulmasını da istisna etməyib.

"Səsvermə prosesinin özü az-çox sakit keçməlidir. Lakin problemlər səslərin hesablanması və ya səsvermənin protokollaşdırılması zamanı başlaya bilər" - deyə Fesenko güman edir.

Xəbər lenti

Xəbər lenti