...

General Mamuka Kuraşvili: "Gürcü-osetin münaqişə zonasındakı atışma gürcü sülhməramlı batalyonuna qarşı yönəlib"

Dünya xəbərləri Materials 27 Sentyabr 2007 15:17 (UTC +04:00)
General Mamuka Kuraşvili: "Gürcü-osetin münaqişə zonasındakı atışma gürcü sülhməramlı batalyonuna qarşı yönəlib"

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxalia/ Ötən gün Gürcü-osetin münaqişə zonasında atışma osetinlər tərəfindən başlanılıb və gürcü sülhməramlı batalyonuna qarşı yönəlib. Bu barədə Trend ə cümə axşamı münaqişə zonasında gürcü sülhməramlılarına komandanlıq edən general Mamuka Kuraşvili bildirib.

Ötən gün gecə Gürcüstan və Rusiya KİV-ləri Prisi gürcü-osetin, Nikozi və Erevdi gürcü kəndlərində ağır silahlardan atışma barədə bir-birinə zidd məlumatlar veriblər. Yerli sakinlərin yaşadığı evlərin yaxınlığına bir neçə 120 millimetrlik mərmilər düşüb və zərərçəkənlər var.

"Sistemli şəkildə Gürcüstan tərəfinə qarşı təxribat törədilir, dünənki atışma isə osetin polisinin həmişə gürcüləri girov götürüb döydüyü Meqvrekisi kəndindəki blokpostun ləğvi barədə qərarın konkret olaraq dəyişdirilməsinə səbəb oldu" - deyə komandan Kuraşvili bildirib.

Hadisə yerinə gələn qarışıq sülhməramlı qüvvələrə rəhbərlik edən rusiyalı general Marat Kulaxmetov bildirib ki, hələ kimin ilk atəş açmasını söyləmək tezdir. "Bu zonada obyektiv müşahidə olmayıb, tərəflər isə atışmaya başlamaqda bir-birlərini günahlandırırlar" - deyə o söyləyib.

Rusiyalı general bidirib ki, atışma nəticəsində Tsxenvali sakini güllə yarası ilə belindən ağır yaralanıb. Gürcüstan tərəfdən isə zərərçəkən yoxdur. Lakin mərmilərdən dördü Nikozi və Eredvi kəndləri yaxınlığına düşüb.

Bu gün səhər Gürcüstanla Cənubi Osetiya inzibati sərhədi yaxınlığında neytral Erqenti kəndi ərazisinə bu cür hadisələrin qarşısını almaq üçün sülhməramlı dəstələr göndərilib.

Xəbər lenti

Xəbər lenti