...

Gürcüstanda CRINGO qeyri-hökumət şəbəkəsinin konfransı keçiriləcək

Dünya xəbərləri Materials 1 Oktyabr 2007 17:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya / Bazar ertəsi saat 11.00-də (Tbilisi vaxtı ilə) "Kənd evi" mehmanxanasında (Üavkisi) CRINGO qeyri-hökumət şəbəkəsinin konfransı keçiriləcək.

Tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan və Rusiyadan (Şimali Qafqaz) olan qaçqınların problemləri ilə məşğul olan 80-ə qədər təşkilat iştirak edəcək.

Konfransda, həmçinin, münaqişə bölgələri - Dağlıq Qarabağ və Çxinvali bölgələrinin nümayəndələri iştirak edəcək. Konfrans şəbəkənin beş illiyinə və Təşkilatın Baş Assambleyasının yubileyinə həsr olunacaq.

Konfransın təşkilatçısı Danimarka Qaçqınlar Şurasıdır.

Qeyri-hökumət şəbəkəsi 2002-ci ildə yaradılıb və bu günə qədər qaçqınların problemləri və münaqişələrlə məşğul olan 80 QHT-ni özündə birləşdirir. Koordinasiyanın iş şəbəkəsi Bakı, Yerevan, Tbilisi və Stavropolda mövcuddur.

Xəbər lenti

Xəbər lenti