...

Tbilisidə Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2007 18:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxaliya/ Tbilisidə Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Oktyabrın 16-da 30-a yaxın pravoslav Azərbaycanın Tbilisidəki səfirlyininini binası qarşısında qısamüddətli etiraz aksiyası keçirib. Aksiyada pravoslavların baş keşişi də iştirak edib. Aksiya "Pravoslav Valideynləri İttifaqı" QHT tərəfindən təşkil olunub.

Aksiyanın iştirakçıları Azərbaycanın Qax rayonunun Kurmux kəndində yerləşən Müqəddəs Qriqori pravoslav kilsəsinin bağlanmasına etiraz ediblər.

Azərbaycan səfirliyinin birinci katibi Elxom Poluxovun verdiyi məlumata görə, aksiya iştirakçıları səfirliyin nümayəndələrinə gürcü dilində ərizə təqdim ediblər. "Biz bu ərizəni tərcümə edəcək və Bakıya- Azərbaycan XİN-ə göndərəcəyik" - deyə o bildirib.

Aksiya ərizənin təqdim olunmasından sonra dinc şəkildə başa çatıb.

Xəbər lenti

Xəbər lenti