...

AŞ-nın Baş katibi: "Türkiyə terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətdən tam dəstək almalıdır"

Dünya xəbərləri Materials 23 Oktyabr 2007 15:25 (UTC +04:00)
AŞ-nın Baş katibi: "Türkiyə terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətdən tam dəstək almalıdır"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Beynəlxalq hüquq və Avropa insan haqları konvensiyasına müvafiq olaraq, Türkiyə hökuməti beynəlxalq ictimaiyyətdən tam dəstək almalıdır. Bu barədə Avropa Şurasının Baş katibi Terri Devisin bəyanatında bildirilir.

"Mən, vəziyyəti İraq hökuməti ilə birbaşa danışıqlarla həll etmək barədə diplomatik təşəbbüsü alqışlayıram",-deyə Baş katib qeyd edib.

Türkiyənin cənub-şərqində vəziyyətin pisləşməsindən narahat olan Devis Kürd Fəhlə Partiyasının həm Türkiyədə, həm də onun hüdudları xaricində terrorunu qəti şəkildə pisləyir. "Mən, öldürülən və itgin düşən əsgərlərin ailələrinin və dostlarının dərdinə şərik oluram",-deyə o bəyan edib.

Ötən həftə Türkiyə parlamenti ölkə hökumətinə, İraqın şimalında KFP yaraqlılarına qarşı hərbi əməliyyat keçirmək səlahiyyəti verib.Türkiyə hərbçilərinin məlumatlarına görə, orada təqribən 3,5 min nəfər separatçı mövcuddur.

Oktyabrın 21-də, bazar günü gecə Türkiyənin İraqla sərhəd Həkkəri əyalətində kürd yaraqlıları ordu bölmələrinə hücum ediblər. 12 hərbçi həlak olub, 16 nəfər yaralanıb, daha səkkiz türk hərbçisini separatçılar ələ keçiriblər.

Bu məlumatı bazar ertəsi Baş qərargah da təsdiq edərək, məlumat verib ki, sərhəddə artilleriya və hava qüvvələrindən istifadə olunmaqla keçirilən əməliyyat nəticəsində, 34 kürd yaraqlısı məhv edilib.

Xəbər lenti

Xəbər lenti