...

MAQATE-Iran arasında müzakirələrin yeni mərhələsi başlayıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir D.Xatınoğlu/ MAQATE-İran arasında yeni müzakirələr İranın Təhlükəsizlik Şurasında başlanıb. İrnaın İRNA agentiliyinin oktyabrıb 29-daverdiyi məlumata əsasən, MAQATE-nin sədr müavini Olli Hainonen nümayəndə heyəti ilə birlikdə bazar ertəsi günü Tehrana gələrək, İranın P1 və P2 santrifyuqaları barədə müzakirələr başlayıb.

İkigünlük müzakirələrdə, İran tərəfinə, Atom Təşkilatı sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini Məhəmməd Səidi başçılıq edir. Səidi, İran-MAQATE arasındakı əvvəlki müzakirələri müsbət dəyərləndirərək, bildirib ki, P1 və P2 santrifyuqaları üzrə müzakirələr iki mərhələdə keçirilib, "Pərdəsiz və şəffaf" bir durumda süallara cavab verilib.

Haynonen İranla müzakirələri müsbət dəyərləndirərək, gələcəkdə İranın MAQATE ilə daha sıx əməkdaşlıq edəcəyinə əmin olduğunu bildirib. Bundan əvvəl, sentyabrın 24-25-də və oktyabrın 20-24-də, P1 və P2 santrifyuqaları üzrə iki müzakirə keçirilib.

Xəbər lenti

Xəbər lenti