...

İran prezidenti: "Biz nə BMT-ni ,nə də onun İrana qarşı tətbiq etdiyi Qətnamələri tanımırıq".

Dünya xəbərləri Materials 7 Noyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, rəsmi Tehran nə BMT Təhlükəsizlik Şurasını, nə də onun İrana qarşı tətbiq etdiyi Qətnamələri tanımır. İranın "Iranpressnews" agentliyi noyabrın 7-də verdiyi məlumata əsasən, İran prezidenti ölkənin Bircənd şəhərinə səfərində bildirib ki, hazırda bütün dünya bizim sülhməramlı nüvə planımızı dəstəkləyir və etiraf edir. "Nüvə texnikası İranın danilmaz haqqıdır və biz İrana qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, fəaliyyətimizi davam etdiririk. Hazırda nüvə stansiyalarında 3000 santrifyuqa quraşdırmışıq və MAQATE bizim sülhməramlı nüvə sahəsində fəaliyyətimizi təsdiq edib. Ancaq ABŞ bunu etiraf etməyə cəsarət etmir"-deyə İran prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti