Gürcüstan, Tbilisi / Trend N.Kirtsxalia/ Gürcüstan prezidenti ölkə əhalisinə öz istefasının qanuniləşmiş formasını təklif etdi. "Xalqın bir hissəsinin mitinqdə qoyduğu tələbləri prezident qanuniləşdirdi və seçki yolu ilə istefaya getməsini təklif etdi", politoloq Ramaz Sakvarelidze Trend ə bildirib.
"Faktiki olaraq bununla Mixail Saakaşvili əhaliyə etimad qazanmaq üçün müraciət etdi. Bütün bunlar beynəlxalq cəmiyyətin inamsızlığı fonunda baş verir" - o deyib.
Politoloq qeyd edib ki, beynəlxalq fon "çox ağır olub, çünki prezidentin hərəkətlərinə tənqid həm ayrı-ayrı ölkələrin liderləri tərəfindən, həm də beynəlxalq cəmiyyət tərəfindən eşidilirdi". "Mixail Saakaşvili - cavandır və çətin ki, öz karyerasına yalnız Avropaya qaz buraxmağı ilə son qoymaq istəsin" Sakvarelidze bildirib.
Politoloq hesab edir ki, bu yolla Saakaşvili Avropa demokratik qüvvələrinin rəğbətini qazanmaq istəyir.
Həmçinin, poliltoloq hesab edir ki, bu qərarı ilə Gürcüstan rəhbəri prezident kreslosunda qalma şansını artırır. "İki ay ərzində müxalifət çətin ki, indiki prezidentə qatı bir rəqib ortaya çıxara bilsin. Yanvarın 5-nin yeni il ərəfəsi olduğunu nəzərə alsaq, düşünmürəm ki, seçkilərə böyük seçici kütləsi gələcək. Və bu da Saakaşviliyə əlverişli olacaq" Sakvarelidze bildirib.