...

Gürcüstan Mixail Saakaşvilinin deyil, demokratik insanların ölkəsidir – Birləşmiş müxalifətin lideri

Dünya xəbərləri Materials 26 Noyabr 2007 13:33 (UTC +04:00)
Gürcüstan Mixail Saakaşvilinin deyil,  demokratik insanların ölkəsidir – Birləşmiş müxalifətin lideri

Gürcüstan, Tbilisi / Trend müxbir K.Ramazanova/ Gürcüstan Mixail Saakaşvilinin və zorakılıq edənlərin deyil, demokratik insanların ölkəsidir. Bu barədə Tbilisidə Trend in xüsusi müxbirinə Gürcüstanın Birləşmiş müxalifətinin lideri Georgi Xaindrava bildirib.

Gürcüstan prezdenti Mixail Saakaşvili növbədənkənar prezident seçkilərinin yanvarın 5-nə təyin edilməsi və parlamentdə seçkilərin keçirilmə müddətinə dair bəyanat verib.

Xaindravanın sözlərinə görə, Gürcüstan xalqı mədəni Avropa dövətində yaşamağa layiqdir və yanvarın 5-də bütün Gürcüstan xalqı buna səs verəcək

"Seçkilərin nəticələri son dərəcə sarsıdıcı olacaq, biz Saakaşvilinin milli hərəkatını darmadağın edəcəyik, Gürcüstan Parlament Respublikası olacaq və prezidentin hüquqları azaldılacaq" - deyə o qeyd edib.

Xaindrava noyabrın 25-də keçirilən mitinqi zorakılıqla beynəlxalq mübarizə günü adlandırıb. "Biz etiraz əlaməti olaraq küçələrə çıxmışıq və mətbuatın, birinci növbədə isə "İmedi" radio stansiyasının azad olunmasını tələb edirik" - Xaindrava deyib.

"Gürcüstanın növbəti prezidenti heç şübhəsiz ki, Levan Qaçeçeladze olacaq" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti