...

Rusiyada Dövlət Dumasına və yerli hakimiyyət orqanlarına seçkilərə start verildi

Dünya xəbərləri Materials 2 Dekabr 2007 02:00 (UTC +04:00)
Rusiyada Dövlət Dumasına və yerli hakimiyyət orqanlarına seçkilərə start verildi

Rusiyada Dövlət Dumasına və yerli hakimiyyət orqanlarına seçkilərə bazar günü yerli vaxtla saat 8 (Bakı vaxtı 00:00 ) Kamçatka və Çukotkadan başlanıldı. Seçkilərdə cəmi 108 mlion rusiyalı vətəndaş iştrak edə biləcək və onları qəbul etmək üçün 98 min seçki məntəqələrinin qapıları açılacaq.

"Çukotkada gizli səs vermək üçün siyahılara 37 min nəfər daxil edilib. Seçkilər axşam saat 20:00 dək davam edəcək. Bundan sonra seçki məntəqələri bağlanacaq və səslərin hesablanmasına başlanılacaq", - bunu Çukotka dairə seçki komisiyasının numayəndəsi deyib, RİA Novosti xəbər verir.

Onun sözlərinə gürə bütün seçki komisiaları seçki kampaniyasına tam hazır idi. Çukotkanın ucqar rayonlarına seçki büllitenlərini vertolyotlarla və xüsusi texnika vasitəsi ilə aparılırdı. Bütün seçki məntəqələri ilə rəbitə və telefon əlaqələri yaradıldı. Onu nəzərə alaraq ki, Çukotkada əhalisinin əkssəriyəti heyvandarlıqla məşquldur bu bölgədə seçkilər vaxtından əvvəl keçirilmişdir. Bütün qütülar seçkilərdən sonra açılacaq.

Kamçatkada 2 dekabr Dövlət Dumasına keçirilən seçkilərinən paralel olaraq bu bölgənin Qanunveriçi məclisinə də seçkilər keçirilir.

Bu gün rusiya vətəndaşları qarşısında 11 partiya arasında seçim etmək imkanı durub. Püşkatmadan sonra onların adları bu cür bülütendə yer alıb: 1. "Rusiyanın aqrar partiyası", 2. "Vətəndaş gücü", 3. "Rusiyanın demokratik partiyası", 4. "Rusiya Federasiyasını kommunist partiyası", 5. "Sağ gücün birliyi", 6. "Sasial ədalət partiyası", 7. "Rusiyanın liberal-demokrat partiyası", 8. "Ədalətli Rusiya", 9. "Rusiyanın vətənpərvərləri", 10. "Vahid Rusiya", 11. "Yabloko".

450 yer üzrə 4500 nəfərin mübarizəyə qatılması bildirilir. Bununla belə, bir deputat kreslosu uğrunda 10 nəfərin mübarizə apardığı bildirilir. Kalininqradda məntəqələrin bağlandığından sonra exit-polls məlumatları dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti