...

Gürcüstan ərazi bütövlüyünün bərpası üçün bütün konstitusion tədbirlərə əl atır - dövlət naziri

Dünya xəbərləri Materials 3 Dekabr 2007 14:36 (UTC +04:00)
Gürcüstan ərazi bütövlüyünün bərpası üçün bütün konstitusion tədbirlərə əl atır - dövlət naziri

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan ölkənin ərazi bütövlüyünün bərpası üçün bütün konstitusion tədbirlərə əl atır. Bu barədə münaqişələrin həlli üzrə dövlət naziri David Bakradze Rusiya siyasətçilərinin Rusiyanın yeni seçiləcək duması tərəfindən Abxaziya və Cənubi Osetiya separatçı rejimlərinin mümkün tanınması barədə etdiyi bəyanatla bağlı fikir bildirərkən qeyd edib.

"Biz Gürcüstan ərazisində mövcud münaqişələrin sülh yolu ilə həll etmək istəyirik, lakin Rusiya real olaraq Suxumi və Sxinvalinin tanınmasına hazırlığa başlayarsa, bizim münaşqişəni sülh yolu ilə həll etmək şanslarımız qalmayacaq" - deyə Bakradze bildirib.

Dövlət naziri bu halda rəsmi Tbilisinin konkret olaraq hansı tədbirləri görəcəyini açıqlamayıb.

Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri Kote Qabaşvili Rusiya siyasətçilərinin bəyanatlarını "provakasion" və "aqressiv" adlanlandırıb. "Bu bəyanatlar bir daha göstərir ki, Gürcüstan gələn ilin yazına qədər bütün qüvvələri möhkələndirməlidir, bu dövrdə separatçıların tanınması ilə bağlı proseslər həlledici mərhələyə daxil ola bilər" - deyə dövlət naziri bildirib.

Xəbər lenti

Xəbər lenti