...

Dumaya keçirilən seçkilər təsdiq etdi ki, Vladimir Putin Rusiyada hakimiyyətin siyasi piramidasının mərkəzi fiquru olaraq qalır - İsrail eksperti

Dünya xəbərləri Materials 3 Dekabr 2007 15:24 (UTC +04:00)
Dumaya keçirilən seçkilər təsdiq etdi ki, Vladimir Putin Rusiyada hakimiyyətin siyasi piramidasının mərkəzi fiquru olaraq qalır - İsrail eksperti

İsrail,Qüds / Trend müxbir R.Abdullayev/ "RF-nin hazırkı prezidenti Vladmir Putinin "Yedinaya Rossiya" ("Vahid Rusiya") partiyasının seçkilərin nəticələrinə dair siyahıda başçılıq etməsi Rusiya liderinin prezidenlik müddəti başa çatdıqdan sonra belə Rusiyanın siyasi olimpində mərkzi fiqur olaraq qalmaq istəyinin olmasından xəbər verir" - deyə İsrailin Xayfsk Universitetinin keçmiş SSRİ ölkələri üzrə eksperti Avionam İdan Trend ə müsahibəsində bildirib.

Dekabrın 2-də Rusiya Federasiyasında beşinci çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib.

MSK sədri Vladimir Çurovun veridiyi məlumata görə, Dövlət Dumasına seçkilərin yekunlarına dair rəsmi məlumat dekabrın 7-8-də açıqlanacaq. Seçki komissiyasının məlumatına görə, səslərin hesablanmasının yekunlarına görə, "Yedinaya Rossiya" ("Vahid Rusiya") səslərin 64%-ni, RF-nin Kommunist Partiyası səslərin 11,6%-ni, RLDP səslərin 8,2%-ni, "Spravedlivaya Rossiya" ("Ədalətli Rusiya") səslərin 7,8%-ni qazanıb. Dövlət Dumasına bu dörd partiya daxil olur, yalnız bu partiyalar yeddifaizlik baryeri keçə bilib.

"Aparıcı Rusiya elitası vaxtında tədbir görərək elə bir şərait yaradıb ki, seçicilərin seçki məntəqəsinə gəlmək və Kremlə lazım olan nəticəni təmin etməkdən başqa bir imkanı olmasın" - deyə İdan Trend ə bildirib. "Dövlət tərəfindən idarə olunan KİV-də təbliğat və güclü inzibati resurs onsuz da zəif müxalifəti hər-hansı bir uğur qazanmaq şanslarından məhrum edib" - deyə ekspert bildirib. İsrail politoloqunun fikrincə, "Yedinaya Rossiya" partiyasının siyahısına başçılıq edən Putin seçkiləri öz referendumuna çevirib.

İdanın sözlərinə görə, siyasi və iqtisadi hakimiyyətin bir mərkəzdə cəmləşməsi həyat şəraitinin yaxşılaşması ilə təsəlli tapan və Rusiyanın beynəlxalq arenada yenidən mühüm rol oynaması ilə fəxr edən əhali arasında fatalizm ruhu yaradır. "Bu səbəbdən də Putin beynəlxalq ekspertlərin və müşahidəçilərin seçki prosesinə müdaxilə etməsinə imkan yaratmayıb. Burada Rusiya liderinin istifadə etdiyi metodu başa düşmək olar, həmin bu lider xalqa bir daha xatırlatdı ki, Rusiya bütün mənalarda həddən artıq böyük dövlətdir - həm siyasi, həm də mədəni baxımdan və gələcəyin üstündən xətt çəkmək və demokratik evolusiya imkanlarını istisna etmək müşkül məsələdir" - deyə ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti