...

Gürcüstanın Belçikadakı səfiri Belçika hökumətinin Patarkatsişviliyə viza verməkdən imtina etməsini təsdiq edib

Dünya xəbərləri Materials 4 Dekabr 2007 17:54 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Belçika hökuməti biznesmen Badri Patarkatsişviliyə viza verməkdən imtina edib. Bu barədə çərşənbə axşamı "Mze" teleşirkətinə müsahibəsində, Gürcüstanın Benilyuks ölkələrindəki səfiri Salome Samadaşvili məlumat verib.

Bir gün əvvəl "Rustavi 2" televiziyası belə bir məlumat yayıb ki, Patarkatsişvili Gürcüstanın Baş naziri Lado Qurqenidzenin Belçikaya səfəri zamanı Brüsseldə etiraz aksiyası keçirmək niyyətində olub və bu məqsədlə, Belçikadan viza almağa çalışıb. Patarkatsişvili "İnterfaks" agentliyinə verdiyi məlumatda bildirib ki, bu, yalandır.

Samadaşvili bəyan edib ki, vizanın verilməsindən imtina edilməsi Patarkaştsvili barəsində Rusiyada beynəlxalq axtarışın elan olunması ilə bağlıdır. "Patarkatsişvili ölkəyə İsraildən daxil olmağa cəhd göstərib, lakin təəssüf ki, Belçika hökuməti ona viza verməkdən imtina edib" - deyə Samadaşvili bildirib. Səfir bildirib ki, sahab səhər Brüsseldə Gürcüstanda mətbuat azadlığına dair konfransın keçirilməsi planlaşdırılırdı və Patarkatsişvili həmin konfransda iştirak etmək niyyətində idi.

Xəbər lenti

Xəbər lenti