...

Gürcüstanda yaşayan azərbaycanlılar leyboristləri dəstəkləyir – ölkənin Leyboristlər Partiyasının rəhbəri

Dünya xəbərləri Materials 10 Dekabr 2007 18:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Leyborist Partiyasının rəhbəri, prezidentliyə namizəd Şalvoy Natellaşvili ilə Trend in müsahibəsi

- Gürcüstanda azərbaycanlıların Beynəlxalq Şurasının rəhbəri Fazil Əliyev prezident seçkisində iştirakdan imtina edib. Əvvəllər onun Seçki Qərərgahının rəhbəri Daşqın Gülməmmədov bildirib ki, onun tərəfdarları müxalifətdən olan namizədləri, çox ehtimal ki, sizi və ya Levan Qaçeçeladzeni (Birləşmiş müxalifətdən olan namizəd) dəstəkləyəcək. Siz prezident seçkilərində Gürcüstan azərbaycanlılarının dəstəyinə güvənirsinizmi?

- Mən əminəm ki, Əliyev öz namizədliyini leyboristlərin xeyrinə geri götürərdi. Gürcüstanda Azərbaycan etnosunun nümayəndələri üçün Leyborist partiyasından yaxşı dostun olmaması amili mənə bu fikri söyləməkdə əsas verir. Mən belə fikirləşirəm. Bunu bizim Partiya təmsilçilərinin Azərbaycan etnosunun nümayəndələri ilə keçirdiyi bir çox görüşlər də təsdiq edir. Buna görə mən əminəm ki, Əliyev tezliklə leyboristləri dəstəklədiyini bəyan edəcək. Hətta bu baş verməsə belə, onun namizədliyni kimin xeyrinə geri götürməsinə baxmayaraq, mən bilirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar ürəklərində məni dəstəkləyirlər.

- Nə üçün Gürcüstan xalqı sizə səs verməlidir, sizin proqramınız digər namizədlərin proqramlarından nə ilə fərqlənir?

- Bizim proqramımız sosial siyasət və vəziyyətin normallaşdırılmasına istiqamətlənib. Biz artıq 1995-ci ildən xalqın sosial hüquqları uğrunda mübarizə aparırıq. Mən Gürcüstan xalqına qismən əldə edə biləcyimiz nailiyyətləri xatırladanda, özümü narahat hiss edirəm. Ona görə "Qismən" deyirəm ki, əgər Tbilisi Sakrebulosunu (Özünüidarə orqanı - Trend ) nəzərə almasaq, biz heç vaxt hakimiyyətdə olmamışıq, lakin biz Gürcüstanda təcili yardımın pulsuz xidmət göstərməsinə nail ola bildik. Biz buna 2002-ci ildə, şəhər toplantısında azlığı təmsil etdiyimiz zaman nail olduq. Bizim daha bir niyyətimiz pulsuz xəstəxanalarla bağlı idi. Təcili yardım xəstəni pullu xəstəxanalara gətirirdi, buna görə, biz bələdiyyə xəstəxanalarının fəaliyyət göstərməsini istəyirdik, lakin bunu edə bilmədik. Çünki "Qızıl gül inqilabı" baş verdi və proqram məhdudlaşdırıldı. Bundan əlavə, Konstitusiya Məhkəməsi vasitəsilə elektrik enerjisi tariflərinin azaldılmasına təsir göstərə bildik. Bizim cəhdlərimiz hakimiyyətin üç il ərzində elektrik enerjisinə olan tarifləri qaldıra bilməməsinə gətirib çıxardı.

Mən prezident seçilsəm, biz bu yolun davamına hazırıq. Mən hazırda qaz və elektrik enerjisinin tariflərini yarıya qədər azaltmaq və sudan istifadəyə görə verilən haqqı tamamilə ləğv etmək niyyətindəyəm. Biz hesab edirik ki, Gürcüstanda su təbii sərvətdir, məsələn, İranda benzinin bir kanistri bir dollaradır. Gürcüstanda da su bu qiymətə və yə daha ucuz, ya da büdcə dotasiyası hesabına olmalıdır. Xüsusilə, bu, əkin sahələrində istifadə olunan suya aiddir. Suvarmada istifadə olunan suyun qiymətinin qalxması kənd təsərrüfatının məhv olmasına gətirib çıxardıı. Buna görə də biz söz veririk ki, suvarma suyu pulsuz olacaq. Biz məktəb və digər təhsil ocaqlarını da kütləvi özəlləşmədən mühafizə etdik. 1998-ci ildə Konstitusiya Məhkəməsinə iddia irəli sürərək, məktəbləri, uşaq bağçalarını və ali təhsil müəssisələrini satılmaqdan xilas etdik.

- Hakimiyyətə gələcəyiniz təqdirdə, hansı dövlət idarəçilik formasını seçəcəksiniz?

- Mən prezident seçilsəm, Leyborist Partiyası prezident idarəçiliyi sistemini ləğv etmək və Parlament Respublikasına və ya Katalikos-patriarxın təklif etdiyi kimi, parlament monarxiyasına keçmək niyyətindədir. Biz bu məsələ ilə bağlı plebist keçirmək niyyətindəyik və belə olan halda, xalq dövlət formasını özü seçəcək.

- Sizin qələbənizlə Gürcüstanın xarici kursu dəyişəcəkmi?

- Gürcüstanın xarici kursunda ciddi dəyişiklik nəzərdə tutulumur, bzim inkişafımızın ümumi vektoru əvvəlki kimi qalacaq. Lakin biz, ilk növbədə, Rusiya ilə münasibətdə əhəmiyyətli düzəliş edəcəyik. Mən, ümumiyyətlə, hesab edirəm ki, xarici siyasətlə ciddi adamlar məşğul olmalıdır. Gürcüstan daim NATO və Avropa İttifaqı istiqamətində öz kursu ilə gedəcək. Lakin bu, Rusiya ilə qarşıdurmaya gətirib çıxırmamalıdır. Siyasətçinin də qiyməti ondadır ki, bunu balanslaşdırılmış şəkildə həyata keçirsin. Daha doğrusu, biz Avropaya inteqrasiya yolunu davam etdirməliyik, eyni zamanda, şimal qonşumuzla xoş qonşuluq münasibətlərini saxlamalıyıq. Hazırda NATO və Aİ-yə daxil olmaqda isteriya müşahidə olunur. Deyəsən, bu, isteriya deyil, düşünülmüş siyasətdir. Gürcüstan heç vaxt digər ölkələrlə, üçüncü bir ölkənin ziyanına dostluq etməyəcək. Bizə dostlar lazımdır, düşmənlər yox. Biz kiçik ölkəyik və düşmən qazanmamalıyıq, xüsusən də, Rusiya kimi güclü bir qonşu dövlətlə. Unutmaq olmaz ki, Abxaziya və Sxinvaliya problemlərinin həlli açarı Rusiya prezidentinin "cibindədir".

- Prezident seçilsəniz, Azərbaycanla iqtisadi layihələrin həyata keçirilməsini davam etdirəcəksinizmi?

- Azərbaycanla bütün layihələr davam etdiriləcək və artırılacaq. Gürcüstanda ən yaxşı investisiya mühiti yaradılacaq, belə ki, bu gün hakimiyyət biznesdə açıq reketçiliklə məşğul olur. Biz Gömrük Məcəlləsinə də yenidən baxacağıq.

Bizim Azərbaycanla həyata keçirə biləcəyimiz və hər iki tərəf üçün xeyirli ola biləcək layihələrimiz də var.

- Gürcü dilinin təcili öyrənilməsinin vacibliyilə bağlı milli azlıqların ehiyatına necə baxırsız?

Prezident seçilsəm, Gürcüstanda milli azlıq və milli çoxluq anlayışı olmayacaq. Gürcüstanın bütün vətəndaşları eyni şəraitdə olacaq. Tanınan dinlərə münasibətdə tam azadlıq olacaq. Sektaları biz dəstələməyəcəyik. Sünnü və şiə olmağından asılı olmayaraq, müsəlmanların, dini mənsubluqlarını göstərmələri üçün tam azadlıqları olacaq. Bu, milli azlıq anlayışını aradan qaldırmaq üçün əvvəlcədən müəyyən edilən şərt olacaq. Gürcü dilinin öyrənilməsi məcburi olacaq, çünki Gürcüstan vətəndaşlarının dövlət dilini bilməməsini və bununla dövlət vəzifələrində işləmələrini yolverilməz sayıram. Lakin bu, təzyiq altında edilməməlidir. Digər xalqların nümayəndələrinin gürcü dilini öyrənməsi üçün Bazar günü məktəbləri təşkil olunmalıdır. Gürcü dilini hamı bilməlidir. Əgər mən Azərbaycanın vətəndaşı olsaydım, özümü böyük Vaqifin şirin dilini bilməyə borclu bilərdim.

Xəbər lenti

Xəbər lenti