Böyük Britaniya, Bakı / müxbir Trend G.Əhmədova / Əgər Müşərrəf hakimyətdən uzaqlaşdırılsa, Pakistanda növbəti hərbi vəziyyət daxil edilə bilər. Lakin, əgər o hakimyətdə qalsa vətəndaş itaətsizliyi davam edəcək. Bu barədə Loxardan Trend -in Londonda müxbirinə keçmiş Pakistan parlamentinin üzvü və müstəqil ekspert Mahmud Şavqat deyib.
"Müşərrəfin müvqeyi təhlükə altındadır. Ona görə ki, o Pakistanda arzuolunmaz fiqurdur", - deyə Şavqat söyləyib.
"Çox guman ki, 8 yanvar 2008-ci ilə təyin olunmuş seçkilər, tam ləğv edilməsə də, təxirə salınacaq. Demokratiyasız Pakistanda Milli birliy qoruyub saxlamaq çox çətin olacaq. Bhuttonun ölümü pakistan millətini təşkil edən etnik qruplar arasında parçalanmaya səbəb ola bilər", - deyə ekspert vurğulayıb.
Keçmiş pakistan parlamentinin deputatının sözlərinə görə, Bhuttonun sindxlərə mənsub olması onların qəzəbinə səbəb olub. Bu isə ölkənin birliyinə təhlükə yaradır. Bu həmçinin Pakistanda əsl demokratiyanın yaratmasındamaneə törədir. Bu iki fakt bir biri ilə sıx bağlıdır.
"Bhuttonun qətli Pakistanı ölümcül təhlükəyə sürütləyib. Onun ölümündən sonra ölkənin bir hissəsi paralizə olunub, cəmiyyətin və şəxsi əmlaka ziyan dəyib. Bhuttonun yaşadığı Sindx vilayətində dəmiryolu əlaqələri və qatarların gediş-gəlişi pozulub, Pakistanın əsas dəniz limanı olan Karaçi dayanıb", - Şavqat xəbər verir.
Bhuttonun ölümü yanacağın tükənməsinə və malların ixracına və idxalına məneə törədib. Fabriklərin çoxu bağlanıb və bunların normal vəziyyətə düşməsinə nəqədər vaxt lazımdır bilinmir. Vəziyyətin pisləşəcəyi gözlənilir.
B.Bhutto 27 dekab Pakistanın qərbində yerləşən Revalpindi şəhərində terroristin hücumu nəticəsində qətlə yetirilib. Cinayətkar əvvəlcə bir neçə dəfə eks-baş nazirə atəş açıb, ondan sonra isə üzərində olan partlayıcı qurğunu işə salıb. Onunla birlikdə 20 yaxın insan həlak olub. Rəsmi məlumata görə Bhutto yaxınlıqda yerləşən hospitala gətirilib, lakin həkimlər ona yardım göstərə bilməyiblər. Bir qədər sonra ölkənin DİN Bhuttonun ölümünə səbəb onun başının maşının üst hissəsinə dəyməsi barədə məlumat yayıb. Bhuttonun sirdaşları və qohumları iddia edirlər ki, onun ölümünə səbəb güllələrin ona vurulması olub. Təqsirləndirilən şəxslər günahları boyünlarına almırlar və ilkin ifadələri təziq altında verdiklərini söyləyiblər.