...

QHT azərbaycanlıların məcburi olaraq Mixail Saakaşviliyə səs verdiyini təsdiq edir

Dünya xəbərləri Materials 5 Yanvar 2008 17:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstanın İnsan Haqları üzrə Mərkəzi hesab edir ki, ölkənin Kvarelsk rayonunun Çantliskuri kəndinin seçki məntəqəsində prezident seçkiləri üzrə səsvermənin yekunları saxtalaşdırılıb. Mərkəzdən şənbə günü Trend ə verilən məlumata görə, şəxsi müşahidəçilərin bildirdiyinə görə, "Komissiya üzvləri tərəfindən müxalifət partiyalarının nümayəndələrinə şifahi və fiziki təhqir cəhdləri mövcuddur".

Mərkəzin məlumatına görə, Çantliskuri kəndində azərbaycanlılar məskunlaşıb və onlar gürcü dilini yaxşı bilmirlər. Bundan da komissiya üzvləri istifadə edir. "Yerli komissiyanın sədri Məhəmməd Hacı Məhəmmədov gürcü dilini yaxşı bilən bir neçə nəfər gətirib və onlar seçicilərin əvəzinə səsvermə otaqlarına daxil olur və Mixail Saakaşviliyə səs verirlər. Bir nəfərin digər şəxslərin yerinə yeddi dəfə səsvermə halı qeydə alınıb.

Qeyri Hökumət Təşkilatının məlumatına görə, Çantliskuridəki seçki məntəqəsində 244 nəfər seçici qeydiyyatdan keçib. Baxmayaraq ki, kabinetlərdə səsvermə təlimatları asılmayıb, artıq bu ana qədər 51 nəfər səs verib.

Töhmət edildikdən sonra komissiya üzvləri tərəfindən fiziki təzyiq göstərilməyə başlanıb.

Xəbər lenti

Xəbər lenti